Rəşt-Astara dəmir yolu xətti ilə bağlı məsələlər martın sonuna qədər həll olunacaq
Onun sözlərinə görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb qolunun çatışmayan halqası olan Rəşt-Astara hissəsində dəmir yolunun tikintisi layihəsi ikitərəfli münasibətlərdə ən vacib layihələrdən biridir və hər iki ölkənin hakimiyyət orqanları tərəfindən ən yüksək səviyyədə fəal şəkildə təşviq olunur:
“Xoşbəxtlikdən, keçən il bu layihədə yaxşı irəliləyişlər gördük. Mühəndislik tədqiqatı əlavəsi imzalanıb”.
Xatırladaq ki, 2023-cü ildə Rusiya və İran "Şimal-Cənub" layihəsi çərçivəsində Fars körfəzi limanlarına keçidi təmin edəcək Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisi haqqında saziş imzalayıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran layihələndirmə və tikinti işlərini, eləcə də mal və xidmətlərin tədarükünü birgə maliyyələşdirəcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


