"Neftçi" yoxlama görüşləri keçirəcək

"Neftçi" yoxlama görüşləri keçirəcək
  02 Yanvar 2026    Oxunub:2356
"Neftçi" Misir, Qazaxıstan və Çin komandaları ilə yoxlama oyunları keçirəcək
AzVision.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Bakı klubu yanvarın 4-dən 17-dək BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təlim-məşq toplanışı keçəcək.

Ayın 5-də ilk məşqə çıxacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. "Neftçi" yanvarın 9-da "Kayrat" (Qazaxıstan), 13-də "Piramids" (Misir), 16-da isə "Çenqdu Ronqçenq" (Çin) klubları ilə qarşılaşacaq. Matçların başlanma saatı ilə bağlı məlumat daha sonra veriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti