Prezident bir qrup idmançıya yeni mənzillər verib

   Prezident bir qrup idmançıya yeni mənzillər verib
  26 Dekabr 2025    Oxunub:2896
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini verib.
AzVision.az xəbər verir ki, İlham Əliyev yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə: Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə yeni mənzillərin orderlərini təqdim edib.

Eyni zamanda, Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tərlan Həsənova, Asim Xudiyevə və Qərib Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.

AzVision.az


Teqlər: Prezident   tədbir  



Xəbər lenti