Bəhruz Əzimov: "TTKF gənclərin karyera quruculuğuna təkan verir"

   Bəhruz Əzimov:    "TTKF gənclərin karyera quruculuğuna təkan verir"
  25 Dekabr 2025    Oxunub:1599
"Son 4 il ərzində Təhsil Tələbə Krediti Fondu vasitəsilə 45 minə yaxın kredit müqaviləsi rəsmiləşdirilib".
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nın hesabat tədbirində məlumat verib. O söyləyib ki, sözügedən fondun qurulmasında məqsəd təhsilin hamı üçün əlçatanlığını təmin etmək, sosial cəhətdən həssas təbəqəyə mənsub tələbələrə dəstək olmaqdır:

“Bu günədək fondun elektron sisteminə 52 mindən çox müraciət daxil olub. Daxil olan müraciətlər əsasında 44 mindən çox təhsil tələbə krediti müqaviləsi bağlanıb. Bu vəsaitlər birbaşa təhsil müəssisələrinin bank hesablarına köçürülür, proses tamamilə şəffaf həyata keçirilir".

Bəhruz Əzimovun sözlərinə görə, kreditlərin qaytarılması tələbə məzun olduqdan və iş tapdıqdan sonra başlayır:

"Fond yalnız maliyyə dəstəyi göstərmir, eyni zamanda, gənclərin karyera quruculuğuna təkan verir, gələcəkdə daha çox tələbəyə dəstək məqsədilə öz xidmətlərini və rəqəmsal imkanlarını artırmağı planlaşdırır".

AzVision.az


Teqlər: təhsil   kredit  



Xəbər lenti