Valyuta ehtiyatlarımız 84 milyard dollara yaxınlaşır

Valyuta ehtiyatlarımız 84 milyard dollara yaxınlaşır
  29 Dekabr 2025    Oxunub:3274
Bu ilin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 12,6 milyard ABŞ dolları və yaxud 17,7 % artaraq 83,6 milyard ABŞ dollarına çatıb.
AzVision.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bunun 11,4 milyard dolları qurumun payına düşür. Bu isə ilin əvvəlinə nisbətən 4,3% çoxdur.

Hazırda ölkənin valyuta ehtiyatları xarici borcundan təxminən 17 dəfə çoxdur.

AzVision.az


Teqlər:



Xəbər lenti