Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və onları tədbirdə görməkdən məmnun olduğunu bildirib.
Nazir 2025-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini vurğulayıb və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib.
Tədbirdə həmçinin Gənclər və İdman Nazirliyi müxtəlif nominasiyalar üzrə 2025-ci ilin ən yaxşılarını açıqlayır.
2025-ci lin ən yaxşı idman veteranı
1. Tərlan Həsənov (cüdo)
2. Tamilla Bünyatova (atletika)
3. Məhəmməd Müslümzadə (sambo)
2025-ci ilin Ədalətli oyun (Fair Play) mükafatçısı
1. Azərbaycan Badminton Federasiyası
2. Azər İlyasov (kanoe və avarçəkmə)
3. Rauf Məmmədov (şahmat)
2025-ci ilin ən yaxşı Uşaq-Gənclər İdman Məktəbi
1. "Ulduz" Futbol Akademiyası
2. Respublika Kompleks İdman məktəbi
3. Şuşa Rayon Uşaq Gənclər İdman məktəbi
2025-ci ilin idman mövzusunda ən yaxşı videoçarxı
1. "Arzunun ardınca"
2. "Baku Open 2025" beynəlxalq şahmat festivalı (şahmat)
3. "Uğur hekayəni yalnız öz gücünlə yaza bilərsən" (taekvondo)
2025-cİ ilin ən yaxşı idman fotoqrafı
1. İlqar Cəfərov (Azərtac)
2. İslam Atakişiyev (İdman.Biz)
3. Samirə Həsənova (Report.az)
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


