Çaykovskinin yarımçıq operası Sİ ilə necə tamamlanıb
Bəstəkar bu operanın ancaq bir hissəsini yazmışdı: “İvan gecəsində çiçək və həşəratların xoru”. Süni İntellekt həmin hissəni təhlil edərək, onun əsasında operanın qalan hissələrini də tamamlamağa yardım göstərib.
Operanın tamamlanmasında insanlarla yanaşı 3 neyroşəbəkənin köməyindən istifadə olunub: “GigaChat” süjeti və librettonu, “SymFormer” musiqini, “Kandinsky” vizual və səhnə həllərini işləyib. Bundan sonra bəstəkar Pyotr Dranqa operanın strukturunu bütövləşdirib, rejissor İlya Ustyantsev isə bütün bunları vahid əsər şəklində birləşdirib.
Samir Quliyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


