Günün ilk qarşılaşmasında Polad və Zəfər çövkən komandaları üz-üzə gəlmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda Polad komandası 4:0 hesablı qələbə qazanıb.
Günün ikinci yarısında isə Embawood çövkən komandası Buta Golden çövkən komandasına qarşı keçirdiyi oyunda 1:0 hesablı qələbə əldə edib.
Prezident Kuboku uğrunda çövkən yarışları 18, 20 və 22 dekabr tarixlərində davam edəcək, final oyunu isə 24 dekabr 2025-ci il tarixində keçiriləcəkdir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


