Ödənişli xidmətlərin həcmi açıqlanıb

Ödənişli xidmətlərin həcmi açıqlanıb
  13 Dekabr 2025    Oxunub:1474
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 13 milyard 233,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata əsasən, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,9% çoxdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 9 milyard 975,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,4%-ni təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında hər bir ölkə sakini orta hesabla 1 292 manatlıq və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 175,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

AzVision.az


Teqlər: ödəniş   statistika  



Xəbər lenti