Rəqəmsal bacarıqlar üzrə vahid platforma qurulacaq
Bu barədə AzVision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Strategiyada digər tədbirlərlə yanaşı, rəqəmsal bacarıqlar (proqram təminatının inkişafı, məlumat və analitika, maşın öyrənməsi və s.) üzrə və bacarıq ehtiyaclarına dair vahid platformanın qurulması da nəzərdə tutulur. Belə ki, Strategiyanın Tədbirlər Planına əsasən, 2026–2029-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, habelə İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Peşələr atlası” platformasının hazırlanması, tələb olunan məlumatların müəyyənləşdirilməsi, mövcud məlumatlar bazasının inteqrasiyası, 10 əsas rəqəmsal bacarıq profilinin müəyyən edilməsi və platformadan aktiv istifadə edənlərin sayının azı 3 min nəfərə çatdırılması hədəfi müəyyən olunub”,- deyə məlumatda bildirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


