Orta aylıq əməkhaqqı açıqlanıb
Bu il noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1782,4 min nəfər olub, onlardan 865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,1%-i təhsil, 14%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i tikinti, 6,3%-i dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i peşə, elmi və texniki fəaliyyət, 2,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i maliyyə və sığorta fəaliyyəti, 14,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
AzVision.az
Teqlər: maaş statistika







Vaxtında, Aydın, Lazımlı!


