Qurban Qurbanov: "Oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı"
O bildirib ki, meydanda çox diqqətli olmalıyıq:
"Qarşımızda ilk qalibiyyətini qazanmaq istəyən komanda var. Onlar bu oyuna çox ciddi hazırlaşıblar. İki gün öncədən Bakıya gəliblər və məşqi başqa stadionda ediblər. Rəqib meydanda çoxlu rotasiyalar edən və birə-bir oynamağı sevən komandadır. Qalib gəlmək və azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayaks" görüşü saat 21:45-də başlayacaq.
Aygün Xankişiyeva
AzVision.az
Teqlər: QurbanQurbanov QarabağFK







Vaxtında, Aydın, Lazımlı!


