"Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib

"Zirə" - "Qarabağ" matçında qalib müəyyənləşməyib
  06 Dekabr 2025    Oxunub:372
Misli Premyer Liqasında XIV tura start verilib.
AzVision.az xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.

"Zirə"nin heyətində 31-ci dəqiqədə İssa Cibrila fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran "Qarabağ" lider mövqeyində qərarlaşıb. 27 xala malik "Zirə" ikincidir.

Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.

AzVision.az



Teqlər: Qarabağ   Zirə   MisliPremyerLiqası  



Xəbər lenti