Parlament gələn ilin büdcəsini ikinci oxunuşda qəbul edib
Azərbaycan Respublikasının 2026-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 000 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 3 000 000,0 min manat məbləğində təsdiq ediləcək.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 094 600,0 min manat məbləğində nəzərdə tutulur. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


