Sahib Ələkbərov: "Son 20 ildə qeyri-neft sektoruna 213 milyard dollar investisiya yönəldilib"
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf Strategiyası"nda ölkənin beş milli prioritetindən biri kimi dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsi müəyyən edilib:
"Bu baxımdan rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflərdən biri kimi çıxış edir".
S.Ələkbərov qeyd edib ki, bu çərçivədə hazırlanan Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası hazırda yekun təsdiq mərhələsindədir və Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirməyi hədəfləyir: "Strategiya 50-dən çox təşəbbüsü və layihəni əhatə etməklə, biznesin texnoloji transformasiyasını, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsi və idarəetmənin data əsaslı modellərə keçirilməsini nəzərdə tutur. Bu il təsdiq edilmiş Milli Süni İntellekt Strategiyası isə süni intellektin məsuliyyətli və etik şəkildə tətbiq olunmasını, həmçinin iqtisadiyyatın bu sahədə dayanıqlı inkişafını təmin etməyi əsas hədəf kimi müəyyən edir".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


