Çindən inqilabi texnologiya: Fitohasilat
// Nadir torpaq metalları bitkilərdən alınır
Mineralların bitkilərdən alınması prosesi “fitohasilat” adlanır. Bu, hazırda inqilabi metod sayılır. Müəyyən bitkilər torpaqdakı mineralları yüksək dərəcədə özlərində toplayırlar. Həmin bitkilərdə mineralların konsentrasiyası torpaqla müqayisədə yüz, hətta min dəfələrlə çox olur. Fitohasilat zamanı minerallarla zəngin torpaq seçilir, orada seçilmiş bitkilər əkilir, sonra isə onların biokütləsindən həmin minerallar əldə olunur.
Bu texnologiya artıq işlənmiş yataqların təmizlənməsi baxımından da faydalıdır.
Samir Quliyev
AzVision.az
Teqlər: Çin Minerallar







Vaxtında, Aydın, Lazımlı!


