Ən məşhur Simonyan dünyasını dəyişib

Ən məşhur Simonyan dünyasını dəyişib
  24 Noyabr 2025    Oxunub:1676
Moskvanın “Spartak” futbol klubunun və SSRİ millisinin sabiq futbolçusu Nikita Simonyan 99 yaşında vəfat edib.
AzVision.az Rusiyanın Armavir şəhərində anadan olmuş Nikita (Mkrtiç) Simonyan 160 qolla “Spartak” klubunun bütün dövrlərinin ən yaxşı bombardiridir. SSRİ yığması ilə 1956-cı ildə Olimpiya qızıl medalını qazandı. Simonyan həm futbolçu, həm də məşqçi kimi SSRİ çempionu olub.

SSRİ-nin dağılmasından sonra o, uzun illər Rusiya Futbol İttifaqının vitse-prezidenti vəzifəsində çalışıb.

Bu il oktyabrın 30-da fransız velosipedçisi Şarl Kostanın ölümündən sonra Nikita Simonyan yaşayan ən yaşlı Olimpiya çempionu kimi tanınıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Simonyan   ölüm  



Xəbər lenti