G20 sammitində yekun bəyannamə qəbul edilib

G20 sammitində yekun bəyannamə qəbul edilib
  23 Noyabr 2025    Oxunub:523
Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən G20 sammitində 17 bölmədən ibarət yekun bəyannamə qəbul olunub.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, sənəddə fəlakətlərə operativ reaksiya, aşağı gəlirli ölkələrin borc dayanıqlığının təmin edilməsi və ədalətli enerji keçidi üçün maliyyə vəsaitlərinin səfərbər olunması kimi məsələlər önə çəkilir.

Bildirilib ki, bəyannamənin əsas hissəsi qeyri-bərabərliyin azaldılması, ərzaq təhlükəsizliyi, inklüziv iqtisadi inkişaf, sənayeləşmə, süni intellekt və innovasiyaların dəstəklənməsinə həsr edilib.

Qeyd edək ki, sammit noyabrın 21–22-də baş tutub.

AzVision.az





Teqlər:



Xəbər lenti