UEFA “Qarabağ”ın rəqibini cərimələdi

UEFA “Qarabağ”ın rəqibini cərimələdi
  22 Noyabr 2025    Oxunub:486
UEFA “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Almaniyanın “Ayntraxt” klubunu cərimələyib.
AzVision.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Frankfurt təmsilçisinin “Liverpul”la ev oyununda yaşananlar buna şərait yaradıb.

Bundesliqa klubu ümumilikdə 39250 avro cərimələnib. Bunun 11 mini ictimai keçidlərin bağlanmasına, 10750-si pirotexniki vasitələrdən istifadə, 17500 avrosu isə idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görədir.

Frankfurt klubu “Liverpul”a 1:5 hesabı ilə uduzub. Almaniya təmsilçisi “Qarabağ”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.

AzVision.az



Teqlər:



Xəbər lenti