Bakıda ABŞ nümayəndələri Zəngəzur dəhlizini müzakirə edib

Bakıda ABŞ nümayəndələri Zəngəzur dəhlizini müzakirə edib
  21 Noyabr 2025    Oxunub:1467
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşüb.
Nazirlikdən AzVision.az -a bildirilib ki, görüşdə qarşı tərəfə Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verilib. Bu istiqamətdə, eləcə də Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti