Güləşçimiz İslam Oyunlarını gümüş medalla başa vurub

Güləşçimiz İslam Oyunlarını gümüş medalla başa vurub
  19 Noyabr 2025    Oxunub:352
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

AzVision.az xəbər verir ki, 97 kq çəkidə mübarizə aparan Murad Əhmədiyev final görüşünə çıxıb.

Təmsilçimiz həlledici matçda iranlı Mohammadhadi Saravi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Güləşçimiz bu nəticə ilə İslamiadanı gümüş medalla başa vurub.

AzVision.az



Teqlər:



Xəbər lenti