Bakı Fotoqrafiya Evində keçirilən görüş zamanı Cahangir Aşurov iştirakçılarla yaradıcılıq təcrübəsini bölüşüb, iş texnikasını nümayiş etdirib və sualları cavablandırıb.
Tədbirdə rəssamlar, dizaynerlər, incəsənət araşdırmaçıları və sənətsevərlər iştirak edərək miniatür sənətinin incəliklərini yaxından tanımaq və onun sehrini hiss etmək imkanı əldə ediblər.
Daha sonra Bakı Fotoqrafiya Evindəki sərgi zalında Cahangir Aşurovun “Şərq miniatürü: Zamanla səyahət” sərgisinin açılış mərasimi təşkil olunub. Sərgi miniatür sənətinin zəngin tarixini izləyicilərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


