Azərbaycanda qızıl və gümüşün istehsalı artıb
Məlumata görə, qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 425,6 kiloqram və ya 19,6% artıb. Ötən ilin ilk 10 ayında Azərbaycanda 2 167 kiloqram qızıl istehsal olunmuşdu.
Bu ilin noyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 69,7 kiloqram olub.
Eyni zamanda, bu ilin yanvar-oktyabr aylarında ölkədə 3 218 kq gümüş istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 514,9 kq və ya 19% artım deməkdir.
Bu ilin noyabr ayının birinə ölkədə hazır gümüş ehtiyatının miqdarı 699,1 kiloqram olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


