SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri ilə görüşüb

SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri ilə görüşüb
  14 Noyabr 2025    Oxunub:1163
SOCAR-ın prezidenti Rövşən Nəcəf “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb.
Qurumdan AzVision.az -a verilən məlumata görə, görüşdə şirkətlər arasında karbohidrogen ehtiyatlarının hesablanması və qiymətləndirilməsi, neft-qaz yataqlarının işlənməsi planlarının optimallaşdırılması istiqamətləri üzrə uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub. Bu xüsusda, birgə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.



Söhbət zamanı SOCAR-ın strateji hədəflərinə uyğun olaraq, həyata keçirdiyi layihələr, əldə olunan nəticələr barədə qarşı tərəfə məlumat verilib, həmçinin ehtiyatların qiymətləndirilməsi, innovativ texnologiyalar, rəqəmsallaşma istiqamətlərində yeni əməkdaşlıq imkanları müzakirə olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti