SOCAR Gürcüstana 2 milyard dollardan çox investisiya yatırıb
Görüş zamanı qaz və elektrik enerjisinin tədarükü, tranziti, SOCAR-ın Gürcüstanda fəaliyyətini genişləndirməsindən irəli gələn məsələlər, habelə planlaşdırılan layihələrlə bağlı müzakirələr aparılıb. Enerji tərəfdaşlığının yeni layihələrlə möhkəmləndirilməsinin hər iki ölkə üçün prioritet olduğu bildirilib. Bu xüsusda, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Azərbaycan, Gürcüstan və Avropa arasında yeni enerji əlaqəsi kimi strateji əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, “Qara dəniz sualtı kabel layihəsi” və “Yaşıl Enerji Dəhlizi” paralel inkişaf etdirilir və hər iki layihə arasında koordinasiyanın gücləndirilməsi iştirakçı dövlətlər və şirkətlər arasında əməkdaşlığı artırmaqla icra prosesinin effektivliyini təmin etməyə, hər iki layihənin Avropa İttifaqı və maliyyə institutlarından maksimum dəstək qazanmasına imkan yarada bilər. Həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik əlaqəsini və ticarətini genişləndirməyə xidmət edən interkonnektorun da texniki-iqtisadi əsaslandırma tədqiqatının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


