Stolüstü tennisçilərdən İslamiadada daha bir mükafat

 Stolüstü tennisçilərdən İslamiadada daha bir mükafat
  13 Noyabr 2025    Oxunub:1155
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.
AzVision.az xəbər verir ki, milli komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda yarışın bürünc mükafatına layiq görülüb.

AzVision.az


Teqlər: VIİslamHəmrəyliyiOyunları  



Xəbər lenti