“Sərxoş meymun nəzəriyyəsi” təsdiqlənir

// Alkoqola meylimizin kökləri 30 milyon il əvvələ gedir

   “Sərxoş meymun nəzəriyyəsi” təsdiqlənir
  13 Noyabr 2025    Oxunub:3242
Təbiətdə yaşayan şimpanzelər hər gün bir butulka pivə ekvivalentində alkoqol qəbul edirlər. Bu alkoqol etanol formasında onların yediyi yetişmiş meyvələrin tərkibində olur.
“Science Advances” jurnalında dərc olunan məqalədə deyilir ki, Berklidə yerləşən Kaliforniya Universitetinin alimləri alkoqola meylin insanlara primatlarla ümumi əcdadlarından keçmiş ola biləcəyini güman edirlər. Belə ki, qədim primatların yediyi fermentlənmiş meyvələrin tərkibində adətən şəkər və alkoqol olurdu.

Kot-Divuar və Uqandada aparılan araşdırmalar göstərib ki, 1 şimpanze gündə 14 qram etanol qəbul edir. Onlar tərkibində etanolun miqdarı daha çox olan meyvələrə üstünlük verirlər.

İnsanların alokoqollu içkilərə meylinin primatlardan keçməsi fərziyyəsini daha əvvəllər Kaliforniya Universitetindən professor Robert Dadli irəli sürmüşdü. Bu ehtimal “Sərxoş meymun nəzəriyyəsi”adlanır. Əvvəllər nəzəriyyə skeptik qarşılanırdı. Lakin getdikcə onu təsdiqləyən faktların və tərəfdarlarının sayı artır.

Son araşdırmalar göstərir ki, insanın alkoqola meylinin tarixi 30 milyon il əvvələ - hazırkı primatlarla ümumi əcdadların qida seçiminə qədər gedə bilər.

Samir Quliyev
AzVision.az


Teqlər: Sərxoş-meymun   Alkoqol  



Xəbər lenti