Alimlər ürəyin bərpasına kömək edən geni tapıblar

Alimlər ürəyin bərpasına kömək edən geni tapıblar
  10 Noyabr 2025    Oxunub:2354
Adətən doğuşdan sonra deaktiv “Siklin A2 (CCNA2)” geni, ürək hüceyrələrinin bölünməsini yenidən işə sala və infarkt, eləcə də ürək çatışmazlığından sonra zədələnmələri bərpa edə bilir.
AzVision.az “npj Regenerative Medicine” jurnalında dərc olunmuş məqlaəyə istinadən xəbər verir ki, Mount-Sinay xəstəxanasının alimləri bu nəticəyə gəliblər.

“Eksperimentlər zamanı alimlər “CCNA2” geninin təhlükəsiz virus vektoru vasitəsilə aktivləşdirilməsi orta yaşlı yetkin insanlarda ürək əzələsi hüceyrələrinin bölünməsini stimullaşdırdığı qənaətinə. Bu, uzun müddət regenerasiya qabiliyyəti olmayan sayılan ürək hüceyrələrinin yeni funksional toxumalar formalaşdıra bilməsinin ilk sübutudur”, - məqalədə deyilir.

Eksperimentdə 21, 41 və 55 yaşlı donorların ürək hüceyrələrindən istifadə olunub. “Siklin A2” geninin tətbiqi ilə aparılan terapiya yaşlı iştirakçılarda hüceyrə bölünməsini aktivləşdirib, lakin 21 yaşlı donorun gənc ürəyinə təsir etməyib. Bu nəticə gənc ürəklərin təbii regenerativ potensialı haqqında əvvəlki məlumatlarla uyğunluq təşkil edir.

Bundan əvvəl doktor Hess Çaudrinin rəhbərlik etdiyi komanda ilk dəfə iri məməlinin (donuz) ürəyinin infarktdan sonra “CCNA2” geninin yenidən aktivləşdirilməsi yolu ilə bərpası imkanını nümayiş etdirmişdi. Yeni tədqiqat həmin mexanizmin insan hüceyrələrinə də təhlükəsiz şəkildə tətbiq oluna biləcəyini təsdiqləyən əlaqələndirici halqaya çevrilib.

Tədqiqatçıların sözlərinə görə, “CCNA2” geni böyümə genlərini aktivləşdirərək, ürək hüceyrələri üçün “vaxtı müvəqqəti geri çəkir” ki, bu da onların yetkinliklərini itirmədən və toxumaların qalınlaşmasına səbəb olmadan bölünməsinə imkan verir. Müəlliflərin iddiasına görə, bu yanaşma simptomların müalicə edilməsindən ürək əzələsinin birbaşa real bərpasına keçid üçün yol açır.

AzVision.az


Teqlər: ürək   bərpa   gen  



Xəbər lenti