Bələdiyyələrə ayrılan vəsaitlər artırılmayacaq
Nazir bildirib ki, ümumilikdə cari il üzrə ayrılmış vəsaitin doqquz ayın yekunlarına görə istifadəsi 50 faizdir. Ona görə də növbəti il üzrə bu vəsaitlərin artırılması planlaşdırılmayıb, eyni rəqəm olaraq saxlanılacaq.
"Subvensiya və subsidiya ilə bağlı yanaşmalara gəldikdə isə, subvensiyanın əsas qayəsi ondan ibarətdir ki, bu, ünvanlı vəsaitdir və konkret olaraq ayrıldığı istiqamət üçün istifadə olunmalıdır. Subsidiyalarla bağlı analoji meyarlarımız mövcuddur. Əlbəttə ki, növbəti dövrlərdə əgər mexanizmlərin daha da inkişaf etdirilməsinə hər hansı bir dəyişiklik edilməsinə dair təkliflər olacaqsa, məmnuniyyətlə biz baxarıq".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


