Bitkoin 100 min dollardan aşağı düşüb

Bitkoin 100 min dollardan aşağı düşüb
  05 Noyabr 2025    Oxunub:1518
Bitkoin kriptovalyutasının qiyməti 99 min 671 dollar olub.
“Binance” platformasının məlumatlarına əsasən bitkoinin qiyməti 2025-ci il iyunun 23-dən bəri ilk dəfə 6,57 faiz ucuzlaşıb.

Qeyd edək ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir. Konsepsiya 2008-ci ilin noyabrında Satoşi Nakamoto təxəllüslü bir nəfər və ya müəlliflər qrupu tərəfindən dərc edilib.


AzVision.az


Teqlər:



Xəbər lenti