Elektomobillər ƏDV-yə cəlb ediləcək

 Elektomobillər ƏDV-yə cəlb ediləcək
  04 Noyabr 2025    Oxunub:1035
İdxal zamanı gömrük tarifləri tətbiq olunur və gömrük ödənişləri alınır. Bizim büdcə daxilolmalarımızın əsas hissəsi isə ƏDV-dən formalaşır.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib. Onun sözlərinə görə, elektomobillərin idxalına güzəşt ləğv ediləcək:

"Güzəşt 5 ildən artıq müddətdir ki, tətbiq edilirdi. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1700 elektromobil idxal edilib ki, bu da, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”.

AzVision.az



Teqlər:



Xəbər lenti