Dövlət büdcəsindən "İctimai Nəqliyyat" Fonduna vəsait ayrılacaq

Dövlət büdcəsindən "İctimai Nəqliyyat" Fonduna vəsait ayrılacaq
  04 Noyabr 2025    Oxunub:956
Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi üzrə rəyinə əsasən, "İctimai Nəqliyyat" Fonduna 155 milyon manat vəsait ayrılacaq.
AzVision.az sənədə istinadən xəbər verir ki, 2026-cı ildə yol vergisi üzrə daxilolmaların 155 milyon manatı "İctimai Nəqliyyat” Məqsədli Büdcə Fondu (MBF), 239,4 milyon manatı isə "Avtomobil Yolları" MBF üzrə nəzərdə tutulub.

"İctimai Nəqliyyat" Fondu ilk dəfə 2025-ci ildə formalaşdırılıb və onun gəlir mənbələrindən biri kimi avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə tətbiq edilən yol vergisinin müəyyən hissəsi bu fonda yönəldiləcək. Fondun yaradılması nəqliyyat sektorunda maliyyə intizamının gücləndirilməsi və şəhər nəqliyyatının infrastruktur xərclərinin şəffaf idarə olunması məqsədi daşıyır.

AzVision.az


Teqlər: büdcə   nəqliyyat  



Xəbər lenti