Maşını satmağın "qızl qayda"sı: 50% prinsipi
Avropa ölkələrində bu məqsədlə çox vaxt “50% qaydası" adlanan metoddan istifadə edilir. Həmin qayda belədir: Avtomobilə çəkdiyiniz xərclər onun hazırkı bazar qiymətinin yarısına çatanda satın. Bu hədd kritik sayılır. Ondan sonra maşının saxlanması daha çox xərc tələb edir və satanda çəkilən xərcləri çıxarmaq olmur.
Məsələn, tutaq ki, 30 min manata yeni avtomobil almısınız. Onun saxlanmasına, cari təmirə, hissələrinin dəyişdirilməsinə və s. çəkdiyiniz bütün xərcləri hesablayın. Bunun üçün ayrıca bloknot tutun və maşında saxlayın. Bütün xərcləri ora qeyd etməyi özünüz üçün adət halına salın. Siz istifadə etdikcə təbii ki, maşının bazardakı qiyməti də ucuzlaşır. Tutaq ki, onu hazırda 25 min manata sata bilərsiniz. Əgər xərclər bloknotundakı məbləğ həmin rəqəmin yarısına - 12,5 min manata çatıbsa, maşını satmaq optimal strategiyadır.
Samir Quliyev
AzVision.az
Teqlər: Avtomobil







Vaxtında, Aydın, Lazımlı!


