Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsi Malayziyada keçiriləcək

Çin-ABŞ ticarət danışıqlarının növbəti mərhələsi Malayziyada keçiriləcək
  23 Oktyabr 2025    Oxunub:509
Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair yüksəksəviyyəli danışıqların növbəti raundu Malayziyada keçiriləcək.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi açıqlama yayıb.

Baş nazirin müavini Hı Lifenin rəhbərlik edəcəyi Çin nümayəndə heyəti oktyabrın 24-27-də Malayziyada səfərdə olacaq.

Nazirliyin açıqlamasında deyilir ki, tərəflər iki ölkənin dövlət başçılarının telefon danışıqları zamanı əldə etdikləri mühüm konsensusa uyğun olaraq Çin-ABŞ iqtisadi və ticarət əlaqələrinin vacib məsələləri ilə bağlı məsləhətləşmələr aparacaqlar.

Qeyd edək ki, cari il ərzində iki ölkə arasında iqtisadi-ticarət məsələlərinə dair bir neçə dəfə yüksəksəviyyəli danışıqlar keçirilib. Həmin danışıqlarda, habelə dövlət başçılarının telefon danışıqlarında müəyyən razılaşmalar əldə olunsa da, həllini gözləyən bir çox məsələ var.

AzVision.az



Teqlər:



Xəbər lenti