“Nestlé” 16 000 iş yerini ixtisar edir

“Nestlé” 16 000 iş yerini ixtisar edir
  16 Oktyabr 2025    Oxunub:537
Qida sənayesi nəhəngi “Nestlé” 2027-ci ilin sonunadək 16 000 iş yerini ixtisar edəcəyini açıqlayıb. Bu xəbər Fransa Demokratik Əmək Konfederasiyası (CFDT) həmkarlar ittifaqı tərəfindən sərt tənqid olunub. “Nestlé”də CFDT-nin federal katibi və həmkarlar ittifaqının koordinatoru Kristof Kofman “franceinfo”ya verdiyi " açıqlamada qərarı dramatik adlandırıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, ixtisarların təxminən 12 mininin idarəçi və ofis işçiləri, 4 mininin isə istehsalat sahəsində çalışanlar olacağı gözlənilir.

CFDT nümayəndəsi əməkdaşları səssiz qalmamağa, sayıq və fəal olmağa çağırıb. Həmkarlar ittifaqı “Nestlé” rəhbərliyinin bu qərarına qarşı səfərbərlik və təzyiq vasitələri ilə cavab verəcəyini bəyan edib.

“Nestlé”də yaxın aylarda çətin və gərgin sosial dialoqlar gözlənilir.

AzVision.az



Teqlər:



Xəbər lenti