Alimlərin verdikləri məlumata əsasən, bu üsulun müəyyən problemlərlə, xüsusən də rüşeymdə xromosom anomaliyaları ilə nəticələnməsi də qaçılmazdır.
(Oreqon Sağlamlıq və Elm Universitetinin mamalıq və ginekologiya üzrə professoru Paula Amato)
"Universitetin laboratoriyasında yaradılmış 82 yumurtanın yalnız 9%-i süni mayalandırmanın altıncı günündə formalaşmağa başlayıb. Müəyyən mərhələdə isə bütün yumurtaların inkişafı dayanıb. Hər halda, çatdığımız nöqtə, az qala, möcüzədir", - universitetin Rüşeym Hüceyrə və Gen Terapiyası Mərkəzinin direktoru, tədqiqatın baş müəllifi Şuxrat Mitalipov deyib.
(Oreqon Sağlamlıq və Elm Universitetinin Rüşeym Hüceyrə və Gen Terapiyası Mərkəzinin direktoru Şuxrat Mitalipov)
Sauthempton Universitetinin reproduktiv tibb üzrə professoru Yig Çon tədqiqatla əlaqədar vurğulayıb ki, alimlər məhz ilk dəfə adi bədən hüceyrələrindən alınmış DNT-ni yumurtaya yerləşdirib aktivləşdirərək, onun reproduktiv imkanlarını üzə çıxarıblar. Professorun sözlərinə əsasən, proses əsnasında adi DNT yumurta və spermanı əmələ gətirən xüsusi addımları yamsılayaraq öz xromosomlarını yarıya bölüb.
"Mitomeyoz" adlanan bu elmi sıçrayış o deməkdir ki, alimlər təbii hüceyrə bölünməsini kənar müdaxilə hesabına həyata keçiriblər. Bu yenilik gələcəkdə daha da təkmilləşdirilsə, mümkün mənfi nəticələrin qarşısı alınarsa, sonsuzluq problemini kökündən dəyişə, sonsuz sayılan şəxslərdə yumurta və ya spermaya bənzər hüceyrələr yaratmaq məqsədilə işlədiə bilər", - alim söyləyib.
Edinburq Universitetinin klinik reproduktiv elm professoru Riçard Anderson da tədqiqatı yüksək qiymətləndirib. Onun fikrincə, çatışmazlıqlara baxmayaraq, bu üsul bir çox qadın üçün öz genetik övladını dünyaya gətirmək fürsətidir.
Hazırda tədqiqatçılar bu elmi yeniliyin tibbi cəhətdən təhlükəsiz və effektiv sayılması, habelə layihəyə dövlət səviyyəsində icazə verilməsi üzrə işlər aparırlar. Onlar bildirirlər ki, bu məqsədlə hələ azı 10 il əlavə tədqiqatlar həyata keçirilməlidir.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


