FİFA penalti qaydalarını dəyişmək istəyir
“Təklif olunan dəyişikliklərə əsasən, qapıçı penalti zərbəsini dəf edərsə, topun geri qayıtmasından asılı olmayaraq, qapı zərbəsi təyin ediləcək. Hazırda topun qapının üst və ya yan dirəyinə dəydiyi vəziyyətlərin necə təfsir olunacağı barədə heç bir məlumat yoxdur”, - qəzet yazır.
Qüvvəyə minməsi üçün bu qayda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən təsdiqlənməlidir - yalnız bu qurum futbol qaydalarını dəyişdirmək səlahiyyətinə malikdir.
İllik iclasda cərimə qaydalarına dəyişikliklərlə bağlı səsvermə müsbət olarsa, yeni qaydalar ümumi şəkildə qəbul edilməzdən əvvəl praktiki sınaqdan keçiriləcək.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


