III MDB Oyunlarına bu gün start veriləcək

   III MDB Oyunlarına bu gün start veriləcək
  26 Sentyabr 2025    Oxunub:894
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün start veriləcək.
AzVision.az xəbər verir ki, ilk yarış günündə stolüstü tennisçilər qüvvələrini sınayacaqlar. Yarışlar saat 10:00-da başlayacaq. Ölkəmizi bu idman növündə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər.

Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda olacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti