“Qarabağ” bilet qiymətlərini kəskin qaldırıb
Belə ki, 20 manata satılan biletlərin qiyməti artırılaraq 30 manat olub. Digər tərəfdən matç üçün satılan 5 manatlıq biletlərin sayında azalma müşahidə olunub. Əvvəl 5 manata olan bəzi sektorlar hazırda 10 manatdır.
VİP sektorlara giriş üçün də azarkeşlərə daha baha başa gələcək. VVIP C və VVIP D sektorlarının qiyməti isə 300 manatdan 500 manata yüksəlib.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” matçı oktyabrın 1-i saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


