MPL: "Qəbələ" ilk qələbəsini qazandı

      MPL:    "Qəbələ" ilk qələbəsini qazandı
  20 Sentyabr 2025    Oxunub:1356
Misli Premyer Liqasının 5-ci turunda "Qəbələ" "Kəpəz"i qəbul edib.

AzVision.az xəbər verir ki, yarışın 44-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Adriel Ba Loua hesabı açıb. 59-cu dəqiqədə isə Prins Ovusu fərqi iki topa yüksəldib – 2-0. O, qarşılaşmanın 67-ci dəqiqəsində özünün ikinci, komandasının üçüncü qolunun müəllifi olub.

Yarış bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

5-ci tur

20 sentyabr

17:00. “Qəbələ” 3–0 “Kəpəz”

Qol: Adriel Ba Loua, 44 (1-0), Prins Ovusu, 59 (2-0), Prins Ovusu, 67 (3-0)

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Şirmamed Mamedov

Qəbələ şəhər stadionu

AzVision.az





Teqlər:



Xəbər lenti