Məktəblərdə çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanacaq

Məktəblərdə çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanacaq
  17 Sentyabr 2025    Oxunub:467
Narkomanlığın profilaktikasının daha səmərəli təşkili məqsədilə ümumi təhsil müəssisələrində çalışan psixoloq və tibb işçiləri üçün təlimat hazırlanacaq.
AzVision.az xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Tədbirlər Planına əsasən, prosesin icra müddəti 2026-cı ili əhatə edəcək.

Elm və Təhsil Nazirliyi əsas icracı, Səhiyyə Nazirliy isə digər icraçı qurum kimi təyin edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti