ABŞ ilə Çin "TikTok"un işi ilə bağlı razılığa gəlib

ABŞ ilə Çin "TikTok"un işi ilə bağlı razılığa gəlib
  16 Sentyabr 2025    Oxunub:379
Madriddə ikigünlük danışıqlardan sonra Çin və ABŞ razılaşıblar ki, "TikTok"un ABŞ-dəki törəmə şirkəti öz ana şirkəti "ByteDance"in alqoritmindən istifadə edəcək.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, "ByteDance" ABŞ-də "TikTok"un məlumatlarının və məzmununun təhlükəsizliyinə görə məsuliyyəti öz üzərinə götürəcək

Xatırladaq ki, iyulun 5-də Tramp "TikTok"un satin alınması ilə bağlı sövdələşməyə hazır olduğunu açıqlayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti