İstehlak bazarının həcmi artıb

İstehlak bazarının həcmi artıb
  13 Sentyabr 2025    Oxunub:1348
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 51,5 milyard manat olub.
Dövlət Statistika Komitəsindən AzVision.az -a verilən məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.

Hesabat dövründə ümumi dəyərin 78,6%-ni pərakəndə ticarət dövriyyəsi, 18%-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4%-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin 8 ayına nisbətən 4,9% artaraq 49,4 milyard manat olub, onun 43,9%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

8 ayda bir istehlakçı orta hesabla ayda 628,4 manat və yaxud illik müqayisədə nominal ifadədə 56,8 manat çox vəsait xərcləyib.

AzVision.az


Teqlər: statistika   istehlak  



Xəbər lenti