“Formula 1” görə bəzi məktəblərdə dərslər onlayn ola bilər

   “Formula 1” görə bəzi məktəblərdə dərslər onlayn ola bilər
  11 Sentyabr 2025    Oxunub:557
“Formula 1” Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn ola bilər.
Bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirdiyi brifinqdə söyləyib. Onun sözlərinə görə, bununla bağlı məktəblərlə danışıqlar aparılır, siyahı açıqlanacaq:

"Bu, hər il qəbul edilən qərardır. Ali təhsil müəssisələrinə gəlincə, adətən qərarı universitetlər özü hazırlayıb bizə təqdim edir. Yarış yolunun üzərinə düşən belə universitetlərin sayı da çox azdır".

Qeyd edək ki, "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi sentyabrın 19-21-də keçiriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti