Türkiyə Gürcüstana qalib gəldi
Ətraflı
Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu, sözügedən qrupun komandaları arasında ilk oyun olub.
Matçın 3-cü dəqiqəsində hesabı Türkiyə millisinin müdafiəçisi Mert Müldür açıb. Oyunun 41-ci və 52-ci dəqiqələrində isə Kerem Aktürkoğlu fərqlənərək dubla imza atıb. Gürcüstan yığmasının oyunçusu Zuriko Davitaşvili 63-cü dəqiqə topu rəqib qapısından keçirib.
Türkiyə millisinin futbolçusu Barış Yılmaz matçın 71-ci dəqiqəsində qırmızı vərəqə alaraq meydanı tərk edib. Görüşün 90+8-ci dəqiqəsində isə meydan sahiblərinin vingeri Xviça Kvaratsxeliya fərqi minimuma endirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


