Rezidentura üzrə boş qalan yerlərə qəbul nəticələri açıqlanıb

Rezidentura üzrə boş qalan yerlərə qəbul nəticələri açıqlanıb
  04 Sentyabr 2025    Oxunub:1789
Rezidenturaya boş qalan plan yerlərinə qəbul müsabiqəsində 2 namizəd iştirak edib və qəbul olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzVision.az -a verilən məlumata əsasən, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə iş nömrəsinin sonuna "9"rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Rezidenturaya qəbul olmuş namizədlər 5-10 sentyabr (18:00-dək) 2025‑ci il tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyindən veriləcək.

Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.

AzVision.az


Teqlər: DİM  



Xəbər lenti