Xəzər Universitetinə rektor təyin olunub

Xəzər Universitetinə rektor təyin olunub
  03 Sentyabr 2025    Oxunub:1280
Raziyə İsayeva Xəzər Universitetinin rektoru təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında məlumat verilib.

Bildirilib ki, Raziyə İsayeva təyinatdan əvvəl universitetin İqtisadiyyat və Menecment fakültəsinin dekanı kimi fəaliyyət göstərib. O, həm bakalavr, həm də magistr təhsilini Xəzər Universitetində alıb, Corc Vaşinqton Universitetində "Layihələrin idarə olunması" üzrə magistr dərəcəsini qazanıb, 2024-cü ildə isə Finlandiyanın Lapland Universitetində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. "Erasmus+" proqramı çərçivəsində beynəlxalq layihələrin müəllifi və rəhbəri kimi tanınır.

AzVision.az


Teqlər: universitet   rektor   təyinat  



Xəbər lenti