Riyaziyyat Supermenə qarşı
// Kriptondan Yerə gəlmək üçün nə qədər vaxt lazımdır?
LHS 2520 ulduzundan çıxan işıq Yerə 41.9 ilə çatır. Amma kütləyə malik olan heç bir cisim işıq sürətilə hərəkət edə bilməz. Kosmik obyektlər maksimum işıq sürətinin 10% ilə hərəkət edirlər (təxminən 67 milyon km/saat). Əgər Kal-Elin olduğu kapsul həmin sürətlə hərəkət etsə, Yerə 420 ilə çatardı. Beləliklə, Kanzasda Yerə enəndə Supermenin azı 421 yaşı olub. Halbuki, komikslərdə Supermen 30–35 yaşında təsvir olunur.
Yer texnologiyaları ilə müqayisə edəndə vəziyyət daha maraqlı alınır. Müasir kosmik gəmilər (məsələn, “Artemis” layihəsində istifadə edilən “Orion”) 40.000 km/ saat (işıq sürətinin 0.0037%-i) sürətlə hərəkət edir. Bu sürətlə LHS 2520 ulduzundan Yerə gəlmək üçün 1.14 milyon il tələb olunardı.
Samir Quliyev
AzVision.az
Teqlər: Supermen







Vaxtında, Aydın, Lazımlı!


