Süni intellekt heyvanların hisslərini “oxuya” bilir
Təcrübələr nəticəsində aydınlaşıb ki, mənfi emosiyalar əsasən orta və yüksək tezlik diapazonlarında ifadə olunur, müsbət siqnallar isə daha bərabər paylanır. Bununla belə, “emosiyaların açarı” müxtəlif növlərdə fərqlidir: məsələn, donuzlarda yüksək tezliklər, qoyun və atlarda isə orta tezliklər xüsusilə əhəmiyyətlidir.
Tədqiqatın müəllifi Stavros Ntalampirasın iddiasına görə, Sİ-nin alqoritmi insan qulağının sezə bilmədiyi ən incə akustik xüsusiyyətləri müəyyənləşdirə bilir. Bu isə heyvanların sağlamlığı və rifahının monitorinqi üçün yeni alətlər yaratmağa imkan açır.
Texnologiyanın perspektivləri genişdir. Belə ki, fermerlər mal-qarada stressi əvvəlcədən aşkar edə, zooloqlar vəhşi təbiətdə populyasiyaların vəziyyətini izləyə, zoopark əməkdaşları isə hələ görünən əlamətlər ortaya çıxmamış heyvanların davranış dəyişikliyinə reaksiya verə bilərlər. Bununla yanaşı, etik sual da yaranır: "əgər maşın heyvanın əziyyət çəkdiyini qeydə alırsa, insanlar müdaxilə etməyə borcludurmu?"
Tədqiqatçılar vurğulayırlar ki, söhbət heyvanların “insan dilinə tərcüməsindən” yox, müəyyən qanunauyğunluqların aşkarlanmasından gedir. Davranışın zəngin palitrasını sadəcə “pis-yaxşı” ikili kateqoriyasına endirmək səhv riskini artırır. Daha etibarlı modellər akustik məlumatları vizual və fizioloji göstəricilərlə – bədən duruşu, üz ifadəsi və ya ürək döyüntüsü tezliyi ilə birləşdirməlidir.
“Əsas məsələ heyvanları nə dərəcədə dəqiq dinləməyi öyrənmək deyil, bu məlumatdan necə istifadə edəcəyimizdir”, - alimlər bildiriblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


