Ən bahalı şəhər ABŞ-dədir

Ən bahalı şəhər ABŞ-dədir
  29 Avqust 2025    Oxunub:1965
Nyu-York yaşayış üçün ən bahalı şəhər kimi tanınb. Mənzillərə yüksək tələbat və məhdud təklif qiymətlərini artmasına gətirib çıxarır.
AzVision.az xəbər verir ki, ekspertlər təhlil zamanı gündəlik yemək, nəqliyyat və kommunal xərcləri də nəzərə alıblar.

Nyu-Yorkda yaşayış dəyəri ABŞ-nin digər şəhərlərinə nisbətən təxminən 77% yüksəkdir. Burada bir nəfərin aylıq xərci orta hesabla 7000 dollar təşkil edir.

Dünyanın ən bahalı şəhərləri sırasında ikinci və üçüncü yerləri İsveçrənin Sürix və Cenevrə şəhərləri tutur.

Bu siyahının ilk beşliyinə ABŞ-nin San-Fransisko və İsveçrənin Bazel şəhərləri də daxildir. Reytinq siyahısına Lozanna (İsveçrə), Boston (ABŞ) və Sinqapur da düşüb. Bahalı şəhərlər üzrə reytinq cədvəlini İslandiyanın paytaxtı Reykyavik şəhəri tamamlayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Nyu-York   bahalıq  



Xəbər lenti